Mədəniyyət Nazirliyində Türkmənistan nümayəndə heyəti ilə görüş keçirildi
Mədəniyyət
13.10.2025 17:43
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 13-15 oktyabr tarixlərində ölkəmizdə Türkmənistan Mədəniyyəti Günləri keçirilir.
TodayPress TV xəbər verir ki, bu münasibətlə Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimovun rəhbərliyi ilə qardaş ölkənin mədəniyyət xadimləri və incəsənət ustalarından ibarət geniş nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Oktyabrın 13-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində Türkmənistan nümayəndə heyəti ilə görüş olub.
Qonaqları salamlayan nazir Adil Kərimli Azərbaycanda Türkmənistanın Mədəniyyət Günləri münasibətilə təbriklərini çatdırıb.
Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.
tag: Mədəniyyət,Nazirlik,Türkmənistan,Görüş,Todaypress.tv,
