Direktor və direktor müavinlərinin işə qəbulu üzrə müsabiqənin yekun nəticələri açıqlandı

Mədəniyyət

07.07.2025 14:47

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət məktəb və mərkəzlərinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə keçirilmiş müsabiqənin yekun nəticələri elan edilib.

Bu barədə TodayPress TV-yə Nazirlikdən məlumat verilib.

Müsabiqənin test mərhələsində keçid balını toplamış  namizədlərdən 42 nəfəri müsahibə mərhələsində iştirak etmiş, onlardan 20-si müxtəlif vəzifələr üzrə uğur qazanmışdır.

Namizədlər  "MyCulture" vahid şəxsi kabineti vasitəsilə müsabiqə nəticələri ilə tanış ola bilərlər.

Müsabiqə şərtlərinə əsasən, uğur qazanmış namizədlər 5 (beş) iş günü ərzində “MyCulture” vasitəsilə  vakansiya  seçimi edə bilərlər.

Qeyd edək ki, uğur qazanmış namizədlər ən azı 5, ən çoxu isə 20 vakansiya seçmək hüququna malikdirlər.

tag: Direktor,Müavin,İşəqəbul,Nəticə,Todaypress.tv,