“Cəbhədən Fotolarla Çanaqqala Döyüşləri” adlı sərgi və panel proqramı keçiriləcək

Mədəniyyət

21.10.2025 15:30

Bakı Yunus Emre İnstitutunun və Azərbaycan İstiqlal Muzeyinin birgə əməkdaşlığı, Azərbaycan Mədəniyyət Nazirliyi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Azərbaycandakı Səfirliyi və Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazi İdarəsinin dəstəyi ilə Çanaqqala Döyüşlərinin 110-cu ildönümü münasibətiylə 22 oktyabr 2025-ci il tarixində saat 11.30-da Azərbaycan İstiqlal Muzeyində “Cəbhədən Fotolarla Çanaqqala Döyüşləri” adlı sərgi və panel proqramı keçiriləcək.

Proqramın davamında Çanaqqala Döyüşləri Mobil Muzeyi ziyarət ediləcək. Sərgi və Mobil Muzey 25 oktyabr 2025-ci il tarixinə qədər ziyarətə açıq olacaq.

Paneldə Türkiyədən Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazi İdarəsinin ərazi planlama qrup sədri Yusuf Kartal, Azərbaycandan Azərbaycan Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri t.ü.f.d. dos. Firdovsiyyə Əhmədova öz məruzələri ilə çıxış edəcəklər.


tag: Cəbhədən Fotolarla Çanaqqala Döyüşləri,Sərgi,Panel,Proqram,Todaypress.tv,