“Premium Bank”ın depozit portfeli 5 % azaldı

Maliyyə

14.07.2025 17:19

“Premium Bank” ASC bu ilin I yarısını 6,309 milyon manat mənfəətlə başa vurub.

TodayPress TV Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 11,2 % çoxdur.

Yanvar-iyun aylarında “Premium Bank”ın gəlirləri 25,774 milyon manat (illik müqayisədə 7,6 % çox), xərcləri 19,163 milyon manat (4,4 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 303 min manat (1 il bundan əvvəl qənaət edib) təşkil edib.

Bu il iyulun 1-nə “Premium Bank”ın aktivləri 648,199 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,1 % çoxdur. Bunun 466,95 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 1,1 % böyüyüb.

Hesabat dövründə “Premium Bank”ın öhdəlikləri 4 % azalaraq 454,333 milyon manata, o cümlədən depozit portfeli 5,1 % azalaraq 368,165 milyon manata düşüb, balans kapitalı isə 11,3 % artaraq 193,866 milyon manata, nizamnamə kapitalı isə 12,9 % artaraq 174,601 milyon manata çatıb.

Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib.

Bankın səhmdarları 84,46 % payla Cahangir Əsgərov, 15,22 % payla "VIP Aviation Services" MMC və 0,32 % payla Elvira Əhmədovadır.

tag: Premium Bank,Depozit,Portfel,Artım,Todaypress.tv,