Manatla geniş pul kütləsinin həcmi artdı

Maliyyə

28.06.2025 13:20

Bu ilin iyunun 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 48,306 milyard manat təşkil edib.

TodayPress TV Mərkəzi Banka (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,098 milyard manat və ya 2,3%, 2024-cü ilin eyni dövrünə nisbətən isə 3,458 milyard manat və ya 7,7% çoxdur.

Bundan başqa, 2025-ci ilin iyunun 1-nə manatla pul kütləsinin (M2 aqreqatı) həcmi 35,768 milyard manat təşkil edib ki, bu da aylıq göstəriciyə nisbətən 329,7 milyon manat və ya 0,9%, 2024-cü ilin eyni dövrünə nisbətən isə 1,359 milyard manat və ya 3,9% çoxdur.

Həmçinin, hesabat dövründə M1 pul aqreqatı üzrə göstərici 28,351 milyard manata bərabər olub. Bu, aylıq müqayisədə 289,9 milyon manat və ya 1%, 2024-cü ilin eyni dövrünə nisbətən isə 295,7 milyon manat və ya 1,1% çoxdur.

Eyni zamanda, bu ilin iyunun 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) 16,177 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 131 milyon manat və ya 0,8%, ötən ilin eyni dövrünə nisbətən isə 747,2 milyon manat 4,8% çoxdur.

tag: Manat,Pul,Kütlə,Həcm,Todaypress.tv,