Könüllü sığorta bazarı 15 %-ə yaxın böyüdü

Maliyyə

28.08.2025 16:38

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 716,301 milyon manat sığorta haqqı toplanılıb.

TodayPress TV Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,8 % çoxdur.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 448,712 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 22,3 % çoxdur.

Beləliklə, 7 ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 62,6 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 58,8 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 937,658 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,5 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 529,307 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 20,25 % çoxdur.

Ötən 7 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 56,45 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 52,8 manat olub.

tag: AMB,Sığorta,Bazar,Artım,Todaypress.tv,