BƏƏ iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 3 dəfəyə yaxın azaldı

Maliyyə

20.09.2025 16:15

Bu ilin l yarısında Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyatına 156,3 milyon ABŞ dolları birbaşa investisiya qoyub.

TodayPress TV Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə azdır.

Hesabat dövründə Azərbaycanın BƏƏ iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 39,8 %-dən 11,6 %-ə düşüb.

6 ay ərzində BƏƏ isə Azərbaycan iqtisadiyyatına 175,6 milyon ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, 1 il əvvələ nisbətən 25,8 % azdır.

Hesabat dövründə BƏƏ-nin Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 7,9 %-dən 5,4 %-ə düşüb.

Xatırladaq ki, yanvar-iyun aylarında Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 1 milyard 349,8 milyon ABŞ dolları (ötən ilin eyni dövrü ilə müqayisədə 35,2 % çox), ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 3 milyard 222,5 milyon ABŞ dolları (8,2 % çox) təşkil edib.

TodayPress TV

tag: BƏƏ,İqtisadiyyat,İnvestisiya,Azalma,Todaypress.tv,