Bankların nağd dollar ticarətinin həcmi açıqlandı

Maliyyə

02.07.2025 17:30

2025-ci ilin yanvar-may ayları ərzində Azərbaycanda banklar tərəfindən nağd ABŞ dollarının alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 1 milyard 639 milyon 91.4 min təşkil edib.

TodayPress TV xəbər verir ki, bu göstəricinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13.2% azdır.

Ötən ilin ilk 5 ayında nağd ABŞ dollarının alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 1 milyard 889.2 milyon təşkil edib.

Qeyd edək ki, hesabat dövründə bankların nağd ABŞ dolları alışı 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə 17.8% artaraq 750 milyon 545.3 min, satışı isə 29.1% azalaraq 888 milyon 546.1 min təşkil edib.

Bu dövrdə banklar tərəfindən nağd avronun alışı ötən ilin yanvar-may ayı ilə müqayisədə 96% artaraq 90 milyon 196.1 min, satışı isə 6.6% azalaraq 72 milyon 911.4 min təşkil edib.

tag: Bank,Nağd,Dollar,Ticarət,Todaypress.tv,