Fintex sektorunda əməliyyat həcmi 38,8 milyard manata çatdı
Maliyyə
09.10.2025 10:09
“Azərbaycan Mərkəzi Bankının (AMB) lisenziya verdiyi ödəniş bazarı iştirakçıları 2025-ci ilin əvvəlindən etibarən ümumilikdə 38,8 milyard manatlıq əməliyyat həyata keçirib”.
TodayPress TV xəbər verir ki, bu barədə məlumatı AMB sədrinin müavini Vüsal Xəlilov Bakıda baş tutan “Baku Fintech Forum 2025” çərçivəsində keçirilən “Dayanıqlı fintex ekosistemi qurmaq” adlı panel müzakirədə çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, bu göstərici ölkənin fintex sektorunda sürətli inkişafın bariz nümunəsidir:
“Bu, kifayət qədər böyük rəqəmdir və yaxın gələcəkdə artımın davam edəcəyini gözləyirik,” – deyə o bildirib.
V.Xəlilov diqqətə çatdırıb ki, hazırda 18 elektron pul təşkilatı və 8 ödəniş təşkilatı Mərkəzi Bank tərəfindən lisenziyalaşdırılıb və fəaliyyət göstərir.
Qiymət Mahir
tag: Bakı ,Fintex,Forum,Tədbir,Todaypress.tv,
