ARDNF özəl səhm fondlarına investisiyaları artırdı

Maliyyə

21.07.2025 14:22

Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) özəl səhm fondlarına investisiyaları 3 milyard 804,525 milyon manat təşkil edib.

TodayPress TV Fondun illik hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 21,3 % çoxdur.

İl ərzində özəl səhm fondlarına investisiyaların qurumun aktivlərindəki payı isə 3,3 %-dən 3,7 %-ə yüksəlib.

Xatırladaq ki, ARDNF ölkə Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan vətəndaşlarının bugünkü və gələcək nəsillərinin mənafeyi naminə ölkənin payına düşən neft-qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsindən, habelə qurumun öz fəaliyyətindən əldə olunan gəlir və digər vəsaitin yığılmasını, səmərəli idarə olunmasını təmin etməkdir.

tag: ARDNF,Səhm,Fond,İnvestisiya,Todaypress.tv,