ARDNF daşınmaz əmlak fondlarına investisiyaları artırdı
Maliyyə
21.07.2025 14:03
Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) daşınmaz əmlak fondlarına investisiyaları 4 milyard 564,772 milyon manat təşkil edib.
TodayPress TV Fondun illik hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 9,15 % çoxdur.
İl ərzində daşınmaz əmlak fondlarına investisiyaların qurumun aktivlərindəki payı isə 4,37 %-dən 4,45 %-ə yüksəlib.
Xatırladaq ki, ARDNF ölkə Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan vətəndaşlarının bugünkü və gələcək nəsillərinin mənafeyi naminə ölkənin payına düşən neft-qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsindən, habelə qurumun öz fəaliyyətindən əldə olunan gəlir və digər vəsaitin yığılmasını, səmərəli idarə olunmasını təmin etməkdir.
tag: ARDNF,Əmlak,Fond,İnvestisiya,Todaypress.tv,