AMB Yaponiya Milli Çap Bürosu ilə əməkdaşlığı müzakirə etdi

Maliyyə

21.06.2025 09:57

Azərbaycan Mərkəzi Bankı (AMB) və Yaponiya Milli Çap Bürosu arasında əməkdaşlıq imkanları müzakirə edilib.

TodayPress TV bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun sədr müavini Gülər Paşayeva Yaponiya Bürosunun Əsginasların istehsalı departamentinin direktoru Takayuki Saitonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Büronun fəaliyyəti ilə tanışlıq çərçivəsində təqdimat nümayiş olunub və tərəflər arasında əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

tag: AMB,Yaponiya,Müzakirə,Görüş,Todaypress.tv,

photo
photo