2024-cü ildə Auditorlar Palatasının mənfəəti artıb

Maliyyə

10.06.2025 11:43

Auditorlar Palatası 2024-cü ili 160 min manat mənfəətlə başa vurub.

TodayPress TV xəbər verir ki, bu barədə Auditorlar Palatası məlumat yayıb.

Ötən il Auditorlar Palatasının əməliyyat gəlirləri 1,424 milyon manat (əvvəlki ilə nisbətən 7,1 % çox), o cümlədən üzvlük haqlarından gəlirləri 1,312 milyon manat (10,4 % çox), ixtisasartırma və imtahan gəlirləri 33 min manat (26,7 % az), qrant və ianələrdən gəlirləri 79 min manat (16 % az) təşkil edib.

Hesabat dövründə qurumun əməliyyat xərcləri isə 1,264 milyon manat (8 % çox), o cümlədən işçilərə çəkdiyi xərcləri 731 min manat (5,5 % çox), ezamiyyə xərcləri 68 min manat (2,8 dəfə çox), məlumat-reklam xərcləri 109 min manat (25,3 % çox), çap və mətbuat xərcləri 16 min manat (23,1 % çox), informasiya texnologiyaları dəstəyi və ofis xərcləri 16 min manat (33,3 % çox), amortizasiya və qiymətdən düşmə xərcləri 27 min manat (12,9 % az), rabitə xərcləri 33 min manat (3,1 % çox), üzvlük haqqı xərcləri 24 min manat (0,08 % çox), audit və peşəkar məsləhət xidmətləri xərcləri 75 min manat (2,6 % az), sair əməliyyat xərcləri 50 min manat (31,6 % çox), sığorta xərcləri 3 min manat (1,7 % çox), bank xərcləri 7 min manat (2,1 % az), konfrans xərcləri 81 min manat (2,5 dəfə çox), icarə xərcləri 5 min manat (dəyişməyib), vergi xərcləri 3 min manat (2 dəfə az), sosial xərcləri 11 min manat (7,3 dəfə az), kommunal xərcləri isə 4 min manat (11,3 % az) təşkil edib.

Bu il yanvarın 1-nə Auditorlar Palatasının aktivləri 1,399 milyon manat olub ki, bu da illik müqayisədə 12,8 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 4,8 % azalaraq 20 min manata düşüb, balans kapitalı isə 13 % artaraq 1,379 milyon manata çatıb.


tag: Auditor,Palata,İllik,Hesabat,Todaypress.tv,