Beyləqanda insident olub, 2 nəfər xəsarət alıb

Kriminal

06.09.2025 14:17

Sentyabrın 6-da saat 13 radələrində Beyləqan rayonunun Şahsevən qəsəbəsinin ərazisindəki kafedə üç kənd sakini arasında münaqişə baş verməsi ilə bağlı polisə məlumat daxil olub. 

TodayPress TV xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.

Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, odlu silahla iki nəfər kənd sakini xasarət alıb. Cinayət əməlini törədən şəxs məlumdur, onun tutulması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür. 

Əlavə məlumat veriləcəkdir.

TodayPress TV 

tag: DİN,İnsident,Beyləqan,Mübahisə,Todaypress.tv,