Tütün istehsalı və idxalı artdı

İqtisadiyyat

19.07.2025 19:00

Cari ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 56,765 milyon ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

Bu barədə TodayPress TV-yə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Məlumata görə, tütün idxalına çəkilən xərc ötən ilin eyni dövrü ilə müqayisədə 2,411 milyon ABŞ dolları, yaxud da 4,4% çoxdur.

Belə ki, 2024-cü ilin ilk altı ayında Azərbaycana xarici ölkələrdən 54,354 milyon ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilmişdi.

Bununla yanaşı, hesabat dövründə Azərbaycanda 467,3 milyon manat dəyərində tütün məmulatları istehsal edilib. Tütün məmulatlarının istehsalı illik müqayisədə 122,9 milyon manat və ya 35,7% çoxdur.

Ötən ilin yanvar-iyun aylarında ölkədə 344,4 milyon manat dəyərində tütün məlumatları istehsal edilmişdi.

tag: Azərbaycan,Tütün,İstehsal,İdxal,Todaypress.tv,