Azərbaycana qida idxal edən şirkətin xalis mənfəəti 13%-ə yaxın azaldı

İqtisadiyyat

09.07.2025 17:25

"Merano-Baku” ASC 2024-cü ili 1,939 milyon manat xalis mənfəətlə başa vurub.

TodayPress TV xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 12,5 % azdır.

Ötən il "Merano-Baku”nun vergiyəqədərki mənfəəti 3,972 milyon manat (əvvəlki ilə nisbətən 48,3 % çox), mənfəət vergisi ödəmələri 794 min manat (43,3 % çox), gəlirdən çıxılmayan xərcləri isə 1,238 milyon manat (əvvəlki il olmayıb) təşkil edib.

Bu il yanvarın 1-nə "Merano-Baku”nun aktivləri 17,675 milyon manat olub ki, bu da illik müqayisədə 5,3 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 3,5 % artaraq 14,561 milyon manata, balans kapitalı isə 14,4 % artaraq 3,314 milyon manata çatıb.

Xatırladaq ki, “Merano-Baku” 2016-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 min manatdır. Şirkətin səhmləri 100 % Namiq Əsgərova məxsusdur. Şirkət Azərbaycanda qida məhsullarının idxalı ilə məşğuldur.

(Report)

tag: Qida,İdxal,Şirkət,Mənfəət,Todaypress.tv,