Təbii qazın dəyəri azaldı

İqtisadiyyat

10.04.2026 10:02

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaları ucuzlaşıb.

TodayPress TV xəbər verir ki, əmtəə bazarlarında təbii qazın fyuçersləri 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0.25% dəyər itirərək 2.6633 ABŞ dollarına bərabər olub.

Niderlandın "Title Transfer Facility" (TTF) platformasında qazın meqavat-saatının dəyəri isə 1.93% artaraq 46.18 avroya bərabər olub.

TodayPress TV

tag: Qaz,Əmtəə,Birja,Ucuzlaşma,Todaypress.tv,