Son 4 ayda 577 ölçmə vasitəsinin tipi təsdiqlənib
İqtisadiyyat
29.05.2025 13:14
Bu ilin yanvar-aprel aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə ölçmə vasitələrinin tipinin təsdiq edilməsi ilə bağlı 1697 müraciət daxil olub.
TodayPress TV agentliyə istinadən xəbər verir ki, bu müddətdə 577 ölçmə vasitəsinin tipi təsdiqlənərək müvafiq sertifikat verilib.
Standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqi insan həyatının və sağlamlığının qorunması, ətraf mühitin mühafizəsi, həmçinin cəmiyyət və dövlətin tələbatının ödənilməsi məqsədilə həyata keçirilir.
Bu proses istifadədən əvvəl ölçmə vasitələrinin standartlara və digər normativ sənədlərə uyğunluğunu təmin edir.
Ölçmə vasitələrinin tipinin təsdiqi ölçmələrin obyektiv, etibarlı və müqayisə edilə bilən nəticələr verməsinə xidmət edir.
tag: Antiintihar,İstehlak Bazarı,Nəzarət,Dövlət Xidməti,Todaypress.tv,