Türkiyə ilə Naxçıvanı birləşdirəcək layihəyə 2 milyardlıq xarici dəstək

İqtisadiyyat

22.07.2025 17:36

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu ölkənin şərqini Asiyaya birləşdirəcək strateji əhəmiyyətli Qars-Iğdır-Aralık-Dilucu Dəmir Yolu Layihəsi ilə bağlı açıqlama verib.

TodayPress TV "TRT Haber"ə istinadən xəbər verir ki, nazirin sözlərinə görə, Xəzinə və Maliyyə Nazirliyinin apardığı uğurlu danışıqlar nəticəsində layihə üçün 2,4 milyard avro məbləğində xarici maliyyə vəsaiti təmin edilib.

“Türkiyənin şərqini Asiyaya bağlayacaq daha bir strateji addım! Türkiyə ilə Naxçıvan arasında birbaşa dəmir yolu əlaqəsi yaradacaq Qars-Iğdır-Aralık-Dilucu Dəmir Yolu Layihəsi üçün Xəzinə və Maliyyə Nazirliyimizin apardığı danışıqlar nəticəsində bu mühüm layihəyə 2,4 milyard avro dəyərində xarici maliyyə dəstəyi təmin olunub”, - deyə Uraloğlu bildirib.

Nazir əlavə edib ki, bu maliyyə dəstəyi beynəlxalq səviyyədə Türkiyənin iqtisadi proqramına olan inamın göstəricisidir.

Töhfə Səməd

tag: Türkiyə,Nəqliyyat,Abdulkadir Uraloğlu,Naxçıvan ,Todaypress.tv,