Azərbaycan və BMT arasında şəhərsalma sahəsində müzakirələr baş tutdu

İqtisadiyyat

29.05.2025 18:44

Azərbaycan və BMT-nin Məskunlaşma Proqramı arasında ekoloji transformasiya, davamlı və innovativ şəhər modelləri və s. mövzularında fikir mübadiləsi aparılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "Facebook" sosial şəbəkəsindəki hesabında yazıb.

"Bu gün BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rosbax ilə növbəti səmərəli görüşümüz oldu.

Görüşdə 2026-cı ildə Bakının ev sahibliyi edəcəyi "Ümumdünya Şəhərsalma Forumu"nun ekoloji transformasiya, davamlı və innovativ şəhər modellərinin müzakirəsi baxımından beynəlxalq əməkdaşlıqda mühüm rolunu qeyd etdik, Azərbaycan ilə UN-Habitat arasında formalaşmış tərəfdaşlığın inkişaf dinamikasının qlobal miqyasda yaratdığı təsirlərdən danışdıq".

Töhfə Səməd

tag: Azərbaycan ,BMT,Məskunlaşma Proqramı,Anaklaudiya Rosbax,todaypress.tv,