Azərbaycan ərazisi ilə Orta Dəhlizlə yük daşımaları artdı
İqtisadiyyat
23.07.2025 16:17
Bu ilin birinci yarısında Orta Dəhliz vasitəsi ilə Azərbaycan ərazisi ilə 1 741 min ton tranzit yükləri daşınıb, bu da illik müqayisədə 7% artım deməkdir.
Bu barədə “AZCON Holdinq”dən TodayPress TV-yə verilən məlumata görə, hesabat dövründə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) tərəfindən quru yük gəmiləri ilə 666 min ton yük daşınıb, bu da illik müqayisədə 83% artıb.
Məlumata görə, ASCO-nun tanker gəmiləri ilə bu ilin birinci rübündə 2,2 mln ton yük daşınıb ki, bu da 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 12% artım deməkdir.
Bununla yanaşı, hesabat dövründə ASCO üzrə Xəzərdən kənar 684 min ton yük daşınıb ki, bu da ğtən ilin yanvar-iyun ayları ilə müqayisədə 208% çoxdur.
Onu da qeyd etmək lazımdır ki, hesabat dövründə Bakı Limanında 53 min TEU (20 futluq konteyner vahidi) konteyner aşırılıb ki, bu da 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 71% çoxdur.
tag: Azərbaycan,Orta dəhliz,Yükdaşıma,Artım,Todaypress.tv,