Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi açıqlandı
İqtisadiyyat
17.05.2025 16:15
Bu ilin birinci rübündə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsi ilə daşınmış yüklərin həcmi 1,875 ton milyon ton olub.
TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 92 min ton və ya 4,7% azdır.
Belə ki, ötən ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 1,967 milyon ton olub.
Qeyd edək ki, bəhs olunan dövrdə Azərbaycan ərazisində nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 3,672 milyon ton, dəniz nəqliyyatı ilə 1,764 milyon ton və avtomobil nəqliyyatı ilə 2,553 milyon ton yük daşınıb.
Dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 46,3%-ini, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 45,2%-ini, dəniz nəqliyyatı ilə daşınmış yüklərin 95,2%-ini tranzit yüklər təşkil edib.
tag: Avropa-Qafqaz-Asiya,Nəqliyyat,Dəhliz,Artım,Todaypress.tv,