Şuşa DQİ qismən İT sistemlərini “Hökumət buludu”na köçürdü
İKT
25.09.2025 10:21
"Hökumət buludu"nun (G-cloud) yaradılması və "bulud" xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında" ölkə Prezidentinin 718 nömrəli Fərmanının icrası davam etdirilir.
TodayPress TV xəbər verir ki, fərmanın tələblərinə uyğun olaraq Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi İT sistemlərini "Hökumət buludu"na köçürüb.
İdarə informasiya sistemləri və ehtiyatlarını qismən "AzInTelecom" MMC-yə məxsus Bakı Əsas Data Mərkəzinə yerləşdirib.
"AzInTelecom" Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə Virtual server – IaaS (Infrastructure-as-a-Service) və Rezervlənmə – BaaS (Backup-as-a-Service) "bulud" xidmətlərinin göstərilməsini təmin edib.
Bununla da qurum öz kritik sistemləri üçün daha dayanıqlı və əlçatan İT infrastrukturu əldə edib.
tag: Şuşa ,DQİ,Hökümət Buludu,İT,Sistem,Köçürmə,Todaypress.tv,
