Rusiya komandasının ilk qrupu Azərbaycanda
İdman
24.09.2025 15:35
III MDB Oyunlarında iştirak edəcək Rusiyadan olan idmançılar Gəncə Beynəlxalq Hava Limanına eniş ediblər.
TodayPress TV xəbər verir ki, nümayəndə heyətinin ölkəmizə təşrif gətirən ilk qrupunda stolüstü tennis və atıcılıq idman növlərində mübarizə aparacaq idmançılar yer alıblar.
Gəncə Beynəlxalq Hava Limanında qonaqları III MDB Oyunlarının Təşkilat Komitəsinin nümayəndələri və jurnalistlər qarşılayıblar. İdmançılar artıq yarışların keçiriləcəyi şəhərlərə yola düşüblər.
Xatırladaq ki, daha əvvəl Azərbaycana III MDB Oyunlarında iştirak edəcək Belarusun, Özbəkistanın və Qazaxıstanın aşağı yaş qruplarından ibarət yığmaları gəlib.
III MDB Oyunları 28 sentyabr - 8 oktyabr tarixlərində Azərbaycanın Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində keçiriləcək.
Namiq HUN
tag: Rusiya,Komanda,III,MDB,Oyunları,Ölkə,Todaypress.tv,
