Ronaldinyo: “Biz Messi ilə tarixə düşdük, indi növbə Lamindədir”

İdman

21.05.2025 15:58

3

Braziliyalı futbol əfsanəsi Ronaldinyo “Barselona”nın gənc ulduzu Lamin Yamal barədə fikirlərini bölüşüb.   

TodayPress TV xəbər veriri ki, o, 17 yaşlı cinah oyunçusunun “Barselona” və dünya futbolu üçün yeni bir dövrün başlanğıcı ola biləcəyini deyib. 

“Biz Messi ilə artıq tarixə düşmüşük, indi isə bu şansı Lamin Yamala ötürürük. Onun belə gənc yaşda göstərdiyi oyun sadəcə heyrətamizdir. O, inanılmaz istedada malikdir. Belə futbolçulara baxmaq mənə həzz verir , çünki onlar futbolu daha gözəl edir. Ümid edirəm ki, o, bizim Messi ilə qurduğumuz kimi böyük bir karyera quracaq.” 

Ronaldinyonun sözləri Yamalın nəyə qadir olduğunu göstərir.

“Barselona” yenidən tarix yazmağa hazırlaşır, bu dəfə Lamin Yamalın rəhbərliyi altında. 

Qeyd edək ki, Lamin Yamal cari mövsüm 54 oyunda 18 qol vurub və 25 asist edib.

Vinqer, 2023-cü ildən “Barselona”nın əsas komandasında top qovur. 

Gənc istedadın klubla hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına kimidir. Transfermarkt portalı onun bazar dəyərini 180 milyon avro qiymətləndirir.   

Namiq HUN

tag: Ronaldinyo,Messi,Yamal,Futbol,Todaypress.tv,