Platini FIFA-nı onu “məhv etməyə çalışmaqda” ittiham etdi
İdman
25.10.2025 13:20
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) sabiq prezidenti Mişel Platini FIFA-nı “mafiya” adlandırıb.
TodayPress TV xəbər verir ki, bu barədə Il Dubbio nəşri məlumat yayıb.
Fransalı funksioner 2007–2015-ci illərdə UEFA-ya rəhbərlik edib. Lakin o, FIFA-nın Etika Komitəsinin qərarı ilə korrupsiya ittihamlarından sonra səkkiz il müddətinə futboldan uzaqlaşdırılıb.
“Bu (FIFA) əsl mafiyadır, çünki hər şey eyni adamların əlində cəmlənib. Onlar məni məhv etməyə qərar verdilər. Amma buna nail ola bilmədilər. Futbol nə FIFA-ya, nə də UEFA-ya məxsusdur — o, insanlara məxsusdur”, — deyə Platini bildirib.
Xatırladaq ki, 2022-ci ildə Mişel Platini İsveçrə məhkəməsi tərəfindən dələduzluq və etimaddan sui-istifadə ittihamlarından bəraət alıb.
Namiq HUN
tag: Avropa,Futbol,UEFA,Mişel,Todaypress.tv,
