Paracüdoda Avropa çempionatından qazancımız 2 medal oldu
İdman
20.09.2025 17:00
Gürcüstanda keçirilən paracüdo üzrə Avropa çempionatında paralimpiyaçılarımız İlham Zəkiyev (J1, +95 kq) qızıl, Dürsədəf Kərimova (J2, +70 kq) isə gümüş medal qazanıb.
TodayPress TV xəbər verir ki, 8 qat Avropa çempionu İlham Zəkiyev finalda moldovalı İon Basocu ipponla məğlub edərək karyerasında 9-cu titulunu rəsmiləşdirib.
Paracüdoçumuz Dürsədəf Kərimova isə dairəvi sistem üzrə keçirilən yarışda ispaniyalı, gürcüstanlı və böyük britaniyalı rəqibləri ilə mübarizənin yekununda Avropa çempionatının gümüş medalın alayiq görülüb.
Namiq HUN
tag: Paracüdo,Medal,Yarış,Uğur,Todaypress.tv,
