Nazim Sadıxov: “Rəqib təhlükəli olsa da, mən daha güclüyəm"
İdman
18.06.2025 12:54
Nazim Sadıxov UFC-dəki növbəti rəqibindən daha güclü olduğunu düşünür.
TodayPress TV xəbər verir ki, bunu Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində iştirak edəcək azərbaycanlı döyüşçü mətbuat konfransında deyib:
“Onun görüşdən əvvəlki fikirlərinə önəm vermirəm. Bu, mənə maraqlı deyil. Döyüş meydanında hər dediyin sözə cavab verməli olacaqsan. Yalnız növbəti görüş haqqında düşünürəm və qələbə qazanmaq istəyirəm”.
Nazim Azərbaycanın digər təmsilçilərinin şanslarından da söz açıb:
“Tofiq Musayev və Rafael Fiziyev baxımlı döyüş sərgiləyirlər. Fiziyev artıq top-idmançılar sırasındadır. Musayev isə özünü sübut edə bilər”.
Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Nazim Sadıxov braziliyalı Nikolas Motta ilə döyüşəcək.
Namiq HUN
tag: Nazim Sadıxov,UFC,Rəqib,Döyüş,Todaypress.tv,