Messinin mühafizəçisi qovuldu
İdman
02.08.2025 17:00
“İnter Mayami”nin hücumçusu Lionel Messinin mühafizəçisi son matçda baş verən insidentdən sonra komandadan kənarlaşdırılıb.
TodayPress TV ESPN-ə istinadən xəbər verir ki, Leonun cangüdəni Yasin Çeuko Liqa Kubokunun “İnter” - “Atlas” (2:1) matçında reqlamentin pozulmasına yol verib.
O, hər iki komandanın futbolçuları arasında yaranan mübahisəni dağıtmaq üçün matçdan sonra meydana daxil olaraq “Atlas” klubunun oyunçularına təzyiq göstərib.
Meksika klubunun müdafiəçisi Mateus Doria onun oyunçular arasında mübahisələr zamanı meydana girməyə icazəsinin olmadığını bildirib.
“Mən başa düşürəm ki, Messinin mühafizəçisi onu mümkün azarkeş müdaxiləsindən qorumaq üçün oradadır. Amma oyunçular Messi ilə danışanda onun belə icazəsi yoxdur”, – Doria deyib.
Bu fikirlə Liqa Kuboku nizam-intizam komitəsi də razıdır. Messinin mühafizəçisinin turnirin sonuna qədər texniki yerlərdə görünməsinə qadağa qoyulub.
Namiq HUN
tag: Messi,Mühafizəçi,Yassin Çeuko,Qadağa,Todaypress.tv,