MDB Oyunları: Azərbaycanın 6 boksçusu finala yüksəldi
İdman
02.10.2025 18:13
Yevlaxda III MDB Oyunları çərçivəsində finalda mübarizəni davam etdirəcək azərbaycanlı boksçular müəyyənləşib.
TodayPress TV xəbər verir ki, qadın boksçuların turnirində Aysel Fərəcova (46 kq) özbəkistanlı rəqibinə qalib gələrək finala çıxıb.
Əminə Tağı (50 kq) yarımfinalda belaruslu rəqibindən üstün olub.
Cəmilə Muradlı (54 kq) qazaxıstanlı boksçuya qalib gələrək finala vəsiqəni təmin edib.
Aynur İsmayılova (60 kq) tacikistanlı rəqibi üzərində qələbə qazanıb.
Gülər Hüseynova (48 kq) da Tacikistan təmsilçisini üstəliyərək adını finala yazdırıb.
Fidan Bakarova (63 kq) isə finala aparan yolda rusiyalı rəqibini rinqdən qovub.
Qeyd edək ki, qadın boksçular arasında final döyüşləri oktyabrın 4-də keçiriləcək.
Namiq HUN
tag: Yevlax,MDB,Final,Mübarizə,Todaypress.tv,
