Mbappe: “Pul çoxaldıqca problemlər də artır”

İdman

10.09.2025 18:15

“Real Madrid” klubunun və Fransa millisinin hücumçusu Kilian Mbappe şəxsi həyatı və qarşılaşdığı çətinliklər barədə danışıb. 

TodayPress TV xəbər verir ki, onun sözlərini RMC Sport yayıb.

“Pulun çoxaldıqca problemlərin də artır. Bəzi insanlar sənin həyatındakı dəyişiklikləri görmür, səni hələ də uşaq kimi görmək istəyirlər. Amma sən artıq əvvəlki insan deyilsən - məsuliyyətlərin, işin, öhdəliklərin var.

Əgər kimsə həyat yolunu səninlə birgə keçirirsə, bu gözəl hekayədir. Ailənlə və güclü təməl üzərində böyümək, zirvələrə çatmaq möhtəşəmdir. Amma bəzən belə olmur… Yaxınlarla münasibətlər alınmadığı üçün bağlar qırılır. Bu isə təkcə idmançıların deyil, çoxlu tanınmış şəxslərin üzləşdiyi problemdir”, — deyə Mbappe bildirib.

Namiq HUN

TodayPress TV

tag: Mbappe,Klub,Futbol,Milli,Todaypress.tv,