Joni Montiel “Qarabağ”da!
İdman
04.08.2025 09:36
“Qarabağ” klubu yeni mövsüm üçün daha bir futbolçunu heyətinə qatıb.
TodayPress TV xəbər verir ki, son mövsümdə İspaniyanın “Rayo Valyekano” klubunda çıxış edən Joni Montielinkeçidi rəsmiləşib.
Futbolçu ilə 2+2 illik müqavilə imzalanıb. Hücumameylli yarımmüdafiəçi “Qarabağ”da 9 nömrəli forma ilə çıxış edəcək.
26 yaşlı sol vinger “Rayo Valyekano” klubunun yetirməsidir. O, 2015-ci ildə əsas komandaya keçib. Joni klubda keçirdiyi 10 ildə icarə əsasında “Toledo”, “Deportivo” (La-Korunya), “Ovyedo”, “Valyadolid”, “Levante” və “Burqos” klublarında icarədə olub. O, İspaniyanın U-17, U-18 və U-19 yığmalarının formasını da geyinib.
Qeyd edək ki, “Qarabağ” daha əvvəl dörd futbolçunu – Dani Bolt, Pedro Bikalyo, Kris Kuakunu və Sami Mmaeni heyətinə qatıb.
Namiq HUN
tag: Joni Montiel,Qarabağ,Klub,Transfer,Todaypress.tv,