FIG Dünya kubokunun əsas qəhrəmanlarını açıqladı

İdman

28.05.2025 16:40

3

Beynəlxalq Gimnastika Federasiyası (FIG) Bolqarıstanda mayın 30-da start götürəcək akrobatika üzrə Dünya kubokuna həsr olunmuş məqalə dərc edib.   

TodayPress TV xəbər verir ki, FIG-in rəsmi saytında Burqasda keçiriləcək yarışın əsas qəhrəmanlarının hazırkı dünya çempionları Rəziyyə Seyidli - Ağasif Rəhimov dueti və Daniel Abbasov - Murad Rəfiyev kişi cütlüyünün olacağı qeyd edilib. 

12 ölkədən 90-dan çox akrobatın iştirak edəcəyi yarışda qadın və kişi qrupları, cütlüklər və qarışıq cütlüklər beş medal dəsti uğrunda mübarizə aparacaqlar.   

Mundialda kişi cütlüklərin mübarizəsinin ən rəqabətli yarış olacağı bildirilir.

Azərbaycanlı dünya çempionları ilə yanaşı, ABŞ-dan Osselodkov qardaşları və balans hərəkətləri üzrə Qazaxıstanı təmsil edən Vadim Şulyar və Daniel Dil turnirin mükafatlarına əsas namizəd sayılırlar. 

Qeyd edək ki, Burqas turniri bir çox idmançılar üçün avqustda Çinin Çendu şəhərində keçiriləcək Dünya Oyunlarına hazırlıq məqsədi daşıyır.   

Namiq HUN

tag: FİG,Dünya,Kubok,Gimnastika,Todaypress.tv,