De Brüynenin yeni klubunda alacağı illik maaşı açıqlandı

İdman

09.06.2025 10:50

“Mançester Siti”nin belçikalı yarımmüdafiəçisi Kevin De Brüyne karyerasını İtaliyanın “Napoli” klubunda davam etdirəcək. 

TodayPress TV xəbər verir ki, bu barədə “Il Mattino” nəşri məlumat yayıb.

Bildirilib ki, 33 yaşlı futbolçu artıq Neapol təmsilçisinə keçidə razılıq verib. O, yaxın günlərdə yeni klubuna qoşulacaq. 

De Brüyne “Napoli” ilə daha bir mövsüm uzadılması nəzərdə tutulan iki illik müqavilə imzalayacaq. Futbolçunun illik maaşı 5 milyon avro olacaq.

Qeyd edək ki, De Brüynenin “Mançester Siti” ilə müqaviləsi iyunun 30-da başa çatacaq. O, bu tarixdən sonra azad agent statusu əldə edəcək. 

Kevin son mövsümdə “Siti”nin heyətində meydana çıxdığı 40 oyunda 6 qol vurub və 8 məhsuldar ötürmə edib. 

Xatırladaq ki, De Brüyne 2015-ci ildə “Volfsburq”dan “Mançester Siti”yə transfer olunub. Yarımmüdafiəçi ötən müddət ərzində “şəhərlilər”lə 18 titul qazanıb. 

Namiq HUN

tag: De Bruyne,Maaş,Klub,Liqa,Todaypress.tv,