"Araz-Naxçıvan"la "Sabah" UEFA Konfrans Liqasında ilk matça çıxacaq
İdman
24.07.2025 09:41
Azərbaycanın iki klubu - "Sabah" və "Araz-Naxçıvan" ilk bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk matçına çıxacaq.
TodayPress TV xəbər verir ki, "Araz-Naxçıvan" Bakıda Yunanıstan təmsilçisi "Aris"lə üz-üzə gələcək.
"Dalğa Arena"da baş tutacaq və rumıniyalı FIFA referisi Andrey Kivuletenin idarə edəcəyi qarşılaşma saat 20:00-da start götürəcək.
"Sabah" isə səfərdə Moldova təmsilçisi "Petrokub"un qonağı olacaq. Qarşılaşma Kişineudakı "Zimbru" stadionunda, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Görüşü israilli referi Qal Leyboviç idarə edəcək.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
24 iyul
20:00. "Araz-Naxçıvan" (Azərbaycan) - "Aris" (Yunanıstan)
Baş hakim: Andrey Kivulete (Rumıniya).
Bakı, "Dalğa Arena"
21:00. "Petrokub" (Moldova) - "Sabah" (Azərbaycan)
Baş hakim: Qal Leyboviç (İsrail).
Kişineu, "Zimbru" stadionu
Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin cavab görüşləri iyulun 31-də keçiriləcək.
tag: Araz ,Naxçıvan ,Sabah,UEFA,Todaypress.tv,
 
        
 
                                ![[[ÇL:]] “Araz-Naxçıvan” “Yunayted Qalati”yə qarşı](/uploads/news/6901bd12d6ee1.webp) 
                                            ![Azərbaycanın [[UEFA reytinqində mövqeyi]] dəyişmədi](/uploads/news/6879db45872a1.webp) 
                                            ![[["Sabah" Moldova]] klubunu məğlub etdi](/uploads/news/6882ec1fae9ed.webp) 
                                            ![[[ÇL:]] “Qarabağ” – “Kopenhagen” oyununu idarə edəcək hakim açıqlandı](/uploads/news/68da4f7e84651.webp) 
                                            ![[["Fənərbağça"]] səfərdə məğlub oldu](/uploads/news/68d4a5f9dd830.webp) 
                                            ![“Qarabağ” [[“Ferentsvaroş”a]] qarşı](/uploads/news/68a406e268b08.webp) 
                                            ![“PSJ”ni [[UEFA tərəfindən]] ciddi cəza gözləyir](/uploads/news/683fe1f2efab6.webp) 
                                            ![Ronaldu millidə yeni [[dünya rekorduna]] imza atdı](/uploads/news/6841282bc1ad6.webp) 
                                            ![UEFA Ribeyronu [[“Neftçi”yə]] buraxmadı](/uploads/news/689208de02391.webp) 
                                            ![“Benfika” bir daha [[eyni aqibəti]] yaşadı](/uploads/news/68ca9088829bd.webp) 
                                            