Almaniya Milli Antidopinq Agentliyi 76 idmançının adını gizlədib

İdman

27.05.2025 19:30

3

Almaniyanın Milli Antidopinq Agentliyi (NADA) antidopinq qaydalarını pozmuş 76 idmançının adını ictimaiyyətdən gizlədib.

TodayPress TV xəbər verir ki, bu barədə Almaniyanın "Sportschau" nəşri "ARD" telekanalının jurnalisti Xayo Zeppelt və digər müəlliflərə istinadla məlumat yayıb.

Bildirilib ki, gizlədilən adlar arasında yüngül atletika və üzgüçülük kimi məşhur idman növlərinin nümayəndələri də var. Ümumilikdə, söhbət azı 18 olimpiya idman növündən gedir.

NADA bu faktı təsdiqləyərək bildirib ki, həmin idmançıların adları açıqlanmayıb. Halbuki, Ümumdünya Antidopinq Agentliyinin (WADA) kodeksi hüquqi cəhətdən rəsmiləşdirilmiş antidopinq qayda pozuntularının, o cümlədən dopinqdən istifadə edən şəxsin adının və digər detallı məlumatların dərcini tələb edir.

Töhfə Səməd

tag: Almaniya,Milli Antidopinq Agentliyi,NADA,WADA,todaypress.tv,