26–30 yanvar tarixlərində istifadəyə yararsız döyüş sursatları Pirəkəşkül və Ağdərə poliqonlarında təhlükəsizlik qaydalarına uyğun məhv ediləcək.
Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda deyilir.
