Zaqatalada ağır yol qəzasında ölənlərin sayı 2 nəfərə çatıb, xəsarət alanlar var
Hadisə
05.07.2025 23:17
Zaqatalada baş verən yol qəzasında ölənlərin sayı 2 nəfərə çatıb.
TodayPress TV xəbər verir ki, 1977-ci il təvəllüdlü Xalidə Əliyeva aldığı ağır xəsarətlərdən xəstəxanada keçinib.
Qeyd edək ki, yol qəzası rayonun Muğanlı kəndində baş verib. Fəryad İbrahimovun idarə etdiyi “KIA” markalı avtomobil yolun kənarında dayanan “VAZ-2106”ya çırpılıb. Nəticədə nəqliyyat vasitəsinin yanında dayanan “VAZ-2106”-nın sürücüsü, 1966-cı il təvəllüdlü Hüseyn Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə zamanı həmçinin “VAZ-2106”-nın sərnişini, 1977-ci il təvəllüdlü Xalidə Əliyeva, “KIA”-nın sürücüsü Fəryad İbrahimov və 13 yaşlı oğlu da xəsarət alıblar.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.
tag: Zaqatala,Yol Qəzası,Xəsarət,Ölüm,Yaralı,Todaypress.tv,
