Yollarda təhlükəli manevrlər edən “KamAZ” sürücüsü həbs olundu
Hadisə
11.08.2025 11:10
Bakı-Quba yolunda təhlükəli manevrlər edən “KamAZ” markalı yük avtomobilinin sürücüsü Şöhrət Gülmirzə oğlu Kamilov həbs olunub.
TodayPress TV xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Belə ki, sürücü stasionar postda xidmət aparan Yol Patrul Xidməti əməkdaşlarının “saxla” tələbinə qəsdən əməl etməyərək hərəkətini davam etdirib. Sürücü saxlanılıb, yoxlama zamanı onun həmçinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşdığı müəyyən edilib.
Sürücü barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə on gün müddətinə inzibati qaydada həbs edilib.
tag: KamAZ,Sürücü,Həbs,Təhlükə,Todaypress.tv,
