Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi yaxınlarına təhvil verildi - YENİLƏNDİ
Hadisə
30.06.2025 21:24
Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi yaxınlarına təhvil verilib.
TodayPress TV xəbər verir ki, meyitlər ekspertizadan keçirildikdən sonra Ağcabədidə dəfn ediləcək.
***
20:31
Yekaterinburqda amansızlıqla qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların meyiti Azərbaycana gətirilib.
TodayPress TV xəbər verir ki, “Ural Hava Yolları” ilə gətirilən cənazələr bir az sonra yaxınlarına təhvil veriləcək.
tag: Qətl,Yekaterinburq,Todaypress.tv,
