Yekaterinburq hadisəsinin şahidi: "Evimizi yıxdılar" - FOTOLAR

Hadisə

29.06.2025 12:42

Yekaterinburq şəhərində Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının saxladığı və ardınca sərbəst buraxdığı Ramil Səfərov baş verənləri şərh edib.

Zərərçəkmiş bu barədə TodayPress TV-yə danışıb. 

"Səhər saat altı radələrində qapını döydülər, açmadıq. Çünki qapıya çox bərk vururdular. Anam ağlayırdı. Atam qapını açmağa gedəndə qapını qırdılar. Bizi yerə uzatdılar,  məni döydülər. Sorğu-sual elədilər. Evimizin içini dağıtdılar. Bizə heç bir sənəd göstərilmədi. Bilmədik, kimdilər və nə üçün gəliblər. Hər şey qanunsuz şəkildə həyata keçirildi. Mənim burnum qırılıb, gözümün içimdə qanaxma yaranıb. Mən onlara nəinki insan, heç heyvan da deyə bilmərəm". 

Hadisə şahidinin sözlərinə görə, hücum həyata keçirilən zaman onlara heç bir açıqlama verilməyib. Naməlum şəxslər onların telefonlarını və bütün sənədləri özləri ilə aparıblar. 

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb.

Türkan İsgəndərli

tag: Yekaterinburq,Rusiya,Azərbaycan,OMON,Todaypress.tv,

photo
photo
photo
photo