Xırdalanda binasındakı yanğında iki nəfər zəhərləndi- Yeniləndi
Hadisə
28.10.2025 23:00
Bu gün saat 17:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.
TodayPress TV xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərə (qadın) dəm qazı zəhərlənməsi diaqnozu ilə ilkin tibbi yardım göstərilib və Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
***
20:20
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
TodayPress TV xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının onbeşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib.
FHN qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 30 kv.m olan birotaqlı mənzilin zalı 25 kv.m sahədə yanıb.
Qonşu mənzillər yanğından mühafizə edilib.
Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 2-si azyaşlı olmaqla 15 nəfər bina sakini təxliyə olunub.
tag: FHN, Xırdalan, Mənzil, Yanğın, todaypress.tv,
 
        
 
                                ![Ayrı-ayrı rayonlarda [[silah-sursat]] aşkarlandı](/uploads/news/689055ca596ab.webp) 
                                            ![Qobustanda yük maşını aşdı, [[sürücü xilas edildi]]](/uploads/news/6830ebe538cf1.webp) 
                                            ![Dələduzluqda [[şübhəli bilinən şəxslər]] saxlanıldı](/uploads/news/6868fda963eac.webp) 
                                            ![Keçmiş vəzifəli şəxslər barəsində [[qərar]] verildi](/uploads/news/687a0fc63ab44.webp) 
                                            ![İsmayıllıda [[yanğın]] oldu](/uploads/news/6851003badc86.webp) 
                                            ![[[Jurnalistə]] qarşı dələduzluqla bağlı məhkəmədə qərar elan edildi](/uploads/news/688e60c884ee2.webp) 
                                            ![İtkin düşən [[2 nəfər]] tapıldı](/uploads/news/68a02985646f0.webp) 
                                            ![Bakıda [[skuter sürən uşağı]] maşın vurub öldürdü](/uploads/news/688a7756d9ab9.webp) 
                                            ![Cinayət törətməkdə şübhəli bilinən [[51 nəfər]] saxlanıldı](/uploads/news/6836c5bf54476.webp) 
                                            ![Yekaterinburqda yoxa çıxan Zahirəddin İbrahimov Bakıda [[– DTX-dən növbəti mühüm əməliyyat]]](/uploads/news/6833f83cbdac0.webp) 
                                            