Xarici ölkəyə viza düzəltmək adı ilə vətəndaşları aldadan şəxs tutuldu

Hadisə

25.06.2025 12:22

Vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 28 yaşlı Əsəd Əsədzadə saxlanılıb.

Bu barədə TodayPress TV-yə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, o, zərərçəkmişləri işlə təmin edəcəyinə və xarici ölkələrə getmək üçün viza alacağına dair yalan vədlər verərək aldadıb.

Araşdırmalarla saxlanılan şəxsin paytaxtda da analoji cinayətlər törətdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Ə.Əsədzadə barəsində həbs qətimkan tədbiri seçilib.

tag: DİN,Polis,Dələduzluq ,Pul,Köçürmə, Zərərçəkən, todaypress.tv,

photo