Məhkəmə Fazil Qasımov barəsində qərar verdi

Hadisə

29.09.2025 22:00

Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımovun barəsində hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

TodayPress TV xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fazil Qasımov 9 il, onunla birgə ittiham olunan Anar Əliyev isə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Fazil Qasımov Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur. O, Qubad İbadoğlunun işi ilə bağlı saxlanılıb. İstintaqın gedişində Fazil Qasımovun işi Qubad İbadoğlunun işindən ayrılaraq icraata götürülüb.

TodayPress TV

tag: Qubad İbadoğlu, Türkiyə, Fazil Qasımov, Aqil Musayev, Məhkəmə, todaypress.tv,