Vətəndaşların kartından 6 mindən çox pul oğurlandı

Hadisə

12.06.2025 11:05

İyunun 11-də vətəndaşların bank kartlarından 2594, 1500, 820, 400, 306, 300, 104, 60, 48 manat və 89 avro məbləğində pul vəsaitləri kiber üsulla oğurlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

Bu hallar, əsasən, naməlum nömrələrdən gələn zənglər,  “sizin adınız, nömrəniz uduşa düşüb” kimi mesajlar, saxta saytlar və sosial platformalar vasitəsilə həyata keçirilir.

Zərərə məruz qalmamaq üçün bank kartının CVV kodu (kartın arxa hissəsindəki 3 rəqəm), OTP – mobil telefonunuza gələn təsdiq şifrəsi, PIN kodunu paylaşmayın, verməyin. Bu məlumatları istəyəni bank işçisi kimi tanımayın, cinayətkardır. 

Daxili İşlər Nazirliyi vətəndaşları bir daha diqqətli olmağa, şübhəli hallarla rastlaşdıqda dərhal polis orqanlarına və banklara müraciət etməyə çağırır.

tag: Kart,Pul,DİN,Oğurlama,todaypress.tv,