Tərtərdə iki minik avtomobili toqquşdu
Hadisə
12.10.2025 21:55
12 oktyabr saat 17:10 radələrində Tərtər rayonu, Qaradağlı kəndi ərazisində “Opel” və “Lada” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində “Lada” markalı minik avtomobilinin sürücüsü, 1998-ci il təvəllüdlü Əliyev Orxan Camal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Bu zaman xidmətdən kənar vaxtda həmin ərazidə olan Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin əməkdaşı, daxili xidmət baş çavuşu Mirişov Elxan Əhməd oğlu dərhal qəza yerinə yaxınlaşaraq sürücünü deformasiyaya uğramış avtomobildən çıxarıb.
O daha sonra yaralıya ilkin yardım göstərib və onu təcili tibbi yardım briqadasına təhvil verib.
tag: Qəza,Yol,FHN,Avtomobil,Todaypress.tv,
 
        
 
                                ![FHN azad edilmiş ərazilərdə [[artan yanğın təhlükəsinə dair]] müraciət etdi](/uploads/news/6875ea83aaeb1.webp) 
                                            ![Cinayət törətməkdə şübhəli bilinən [[34 nəfər]] saxlanıldı](/uploads/news/68491b9b047be.webp) 
                                            ![Gədəbəydə pilləkəndən yıxılan [[82 yaşlı kişi öldü]]](/uploads/news/68975d821f2d3.webp) 
                                            ![DİN sürücülərə [[müraciət etdi]]](/uploads/news/684bf5dc6de4b.webp) 
                                            ![Konstitusiya quruluşuna qarşı [[çağırış etməkdə təqsirləndirilən şəxslərə]] cəza istənildi](/uploads/news/68386ae5b7b1e.webp) 
                                            ![Yexlaxda evdə [[ata və qızının meyiti]] tapıldı](/uploads/news/688bbf74812d0.webp) 
                                            ![Xaçmazda meşə zolağında [[yanğın başladı]]](/uploads/news/688f865de7449.webp) 
                                            ![Rüşvət almaqda təqsirləndirilən [[sayt rəhbəri və redaktor]] həbs edildi](/uploads/news/6849383c2ee8f.webp) 
                                            ![Goranboyda [["BMW"]] yandı](/uploads/news/683dd36825387.webp) 
                                            ![Goranboyda [[iki yaşlı uşaq]] xlordan zəhərləndi](/uploads/news/686cac0a1c468.webp) 
                                            