Sumqayıtda silah-sursat aşkarlandı

Hadisə

29.04.2026 11:45

Sumqayıt şəhərində silah-sursat aşkarlanıb.

TodayPress TV xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində qeydə alınıb.

Ərazidən 1 ədəd 7,62 kalibrli "AK-74 Kalaşnikov" markalı avtomat və həmin silaha məxsus 30 ədəd patron aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

tag: Sumqayıt,Silah-sursat,AK-74,Patron,Todaypress.tv,