Sumqayıtda doğuş zamanı körpəsi ölən qadının vəziyyəti ağırdır

Hadisə

28.05.2025 16:43

27.05.2025-ci il tarixində saat 05:20 radələrində Ceyranbatan qəsəbəsindən təcili tibbi yardım xidmətinə çağırış daxil olub.   

Bu barədə TodayPress TV-ə TƏBİB-dən məlumat verilib.

Çağırış əsasında saat 05:30 radələrində ünvana təcili tibbi yardım briqadası cəlb edilib. 

Hadisə yerində 2002-ci il təvəllüdlü şəxsin vaxtından əvvəl doğuş keçirdiyi müəyyən edilib, dölün həyat əlamətləri müşahidə edilməyib və ölü doğuş halı qeydə alınıb. 

Zahı qadın Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Perinatal Mərkəzin Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Zəruri tibbi xidmətlər göstərilən pasiyent stasionar tibbi xidmətdən imtina edərək evə buraxılıb. 

Sözügedən şəxs 28.05.2025-ci il tarixində saat 10:10 radələrində isə yenidən  təcili tibbi yardım avtomobili vasitəsilə Perinatal Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.   

Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır. 

Qeyd edək ki, 2002-ci il təvəllüdlü şəxs hamiləlik dövründə heç bir tibb müəssisəsində qeydiyyatda olmayıb.

Töhfə Səməd

tag: TƏBİB,Sorğu,Cavab,Qadın,Todaypress.tv,