Sumqayıtda baş verən partlayışda xəsarət alanların kimliyi məlum oldu - YENİLƏNDİ

Hadisə

20.05.2025 16:29

10

Sumqayıt şəhərində baş verən partlayış nəticəsində xəsarət alan şəxslərin kimlikləri müəyyənləşib. 

TodayPress TV xəbər verir ki, hadisə zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri alan şəxslər arasında qaynaqçı kimi çalışan, 1984-cü il təvəllüdlü Bəşirov Oqtay Əli oğlu və 1976-cı il təvəllüdlü Behbudov Nahid Qürbət oğlu da var.

Hər iki şəxs gövdə və sol aşağı ətraf nahiyələrindən 1-ci, 2-ci və 3-cü dərəcəli termiki yanıq xəsarətləri alıblar. 

Çilingər işləyən, 1979-cu il təvəllüdlü Salahov Təbriz İnqilab oğlunun isə üzünün sağ yarısı və sol ayağı müxtəlif dərəcəli termiki yanıq xəsarətləri alıb. 

Bundan əlavə, 1963-cü il təvəllüdlü Muxtarov İlham Muxtar oğlu və 1984-cü il təvəllüdlü Əzimov Ramiz Çaparxan oğlu üz və boyun nahiyələrindən 1-ci və 2-ci dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya müraciət ediblər.  Yaralılar Sumqayıt şəhər TTYX-ya çatdırılıblar.

Onlardan vəziyyəti ağır qiymətləndirilən Oqtay Bəşirov, Nahid Behbudov və Təbriz Salahov Bakı şəhərində yerləşən 5 saylı xəstəxananın yanıq şöbəsinə köçürülüblər.

***

13:47

Sumqayıtda zavodda partlayış olub. 

TodayPress TV xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var. 

Xəsarət alanların 3 nəfər olduğu bildirilir.  Faktla bağlı araşdırma aparılır.

tag: Sumqayıt,Partlayış,Zavod,Xəsarət,Todaypress.tv,