Novxanıda dənizdə batan iki yeniyetmənin meyiti çıxarıldı - YENİLƏNDİ2

Hadisə

20.07.2025 19:15

Abşeron rayonu, Novxanı kəndində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) batan 2 nəfərin axtarışları başa çatıb.

TodayPress TV xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, batan şəxslərin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


***

16:50


Abşeron rayonunun Novxanı kəndində dənizdə batan iki yeniyetmənin meyitləri tapılıb.

TodayPress TV xəbər verir ki, meyitlər onların ailələrinə təhvil verilib.

Həyatını itirən şəxslərin hər ikisi 16 yaşında olub.

Bildirilir ki, yeniyetmələrdən birinin qardaşı hərbi xidmətə yola salındığı üçün onlar bu münasibətlə dəniz kənarında kiçik məclis təşkil edib. Gecə saat 04:00 radələrində iki yeniyetmə dənizə girib. Ardınca onlar yoxa çıxıb. Axtarış tədbirləri nəticəsində hər iki yeniyetmənin meyiti yaxınlıqda yerləşən “Gilavar” restoranının yaxınlığından tapılıb.

Faktla bağlı araşdırma aparılır.

***

11:20

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub.

TodayPress TV xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

tag: FHN,Dəniz,Xəzər,Xilasetmə,Todaypress.tv,